Ukraynada Petro Poroşenko Bloku və Xalq Cəbhəsinin ortaqlığı ilə yaradılan koalisiya, baş nazirliyə, Məclis Başçısı Vladimir Groysman’ı təklif etdi.
Groysman’ın baş nazir namizədliyi ilə əlaqədar qanun layihəsi Dövlət Başçısı Petro Poroşenko’nun imzası ilə Ukrayna məclisinə verildi.
İqtisadi Siyasətlər və Ticarət naziri Ayvaras Abromaviçus’un 3 Fevralda istefa etməsiylə Ukraynada hökumət böhranı baş göstərmişdi. Verilən gensorunun rədd edilməsinə baxmayaraq koalisiyası meydana gətirən Batkivshçina və Samopomoç partiyalarının dəstəyini çəkməsiylə Yatsenyuk hökuməti parlamentdə əksəriyyəti itirmişdi. Baş nazir Arseniy Yatsenyuk, 10 Apreldə televiziyada etdiyi xalqa səsləniş çıxışında istefa qərarını açıqlamışdı.