İran xarici işər nazirinin ərəb və Afrika ölkələri üzrə müavni, İran İslam Respublikasının nüvə məsələsi ilə əlaqədar 5+1 qrupu ilə apardığı müzakirələrdə üstün mövqedən çıxış etdiyini bildirib.
İranın xarici işlər nazirinin ərəb və Afrika ölkələri məsələləri üzrə müavini Hüseyn Əmir Abbullahiyan ötən gün (çərşənbə axşamı 12 noybar), İranın 5+1 qrupu ilə müzakirəçi heyətin, məntiqi şəkildə və üstün mövqədən ölkənin izzət, və məsləhət prinsiplərini müdafiə etdiyini bildirib.
Əmir Abdullahiyan məsələ ilə bağlı bəzi region ölkələrinin mövqeyi bərədə isə deyib: İranın regiondakı dostları isə İranın Cenevrədə 5+1 qrupu ilə üstün mövqedən arpardığı müzakirələrini qürurlu adlandırıblar.
İran rəsmisi açıqlayıb: qarşı tərəfin tamahkarlıq etmədiyi təqdirdə, İran İslam Respublikası da müsbət rəftarları, qarşılıqlı şəkildə müsbət rəftarlarla cavablandıracaq.
İran İslam Respublikası ilə 5+1 qrupu arsındakı son müzakirələr 2013-cü il 7-9 noyabr üç gün müddətində Cenevrədə keçirildi. İkitərəf müştərək bəyanatın yayılması üzərində təkid etdi lakin Fransa xarici işlər naziri qeyri-məntiqi və qeyri-qanuni mövqedən çıxış etməklə mştərək bəyanatın imzalanmasına mane oldu.
İran İslam Respublikası ilə 5+1 qrupu araında Cenevrədə keçirilən müzakirələrin yeni dövrü xarici işlər nazirləri səviyyəsinədək yüksəldi və nəhayət tərəflərlər arasında 20 noyabrda Cenevrədə müzakirələrinin bir daha baş tutması haqda qərar qəbul edilidi.
