Ukraynanın şərq məntəqələrində qalmaqallı referndum bu gün çaxnaşmalı atmosferdə keçirilir.
Ukraynanın qərbpərəst hökumətinin müxalifləri bu gün Donetsk və Luqansk vilayətlərində bu ölkədən ayrılmaq barədə referendumda iştirak edirlər.
Ukraynanın şərqindəki ən gərgin məntəqələrdən ikisinin istiqlaliyyət üzrə referendumun keçirilməsinə hazırlaşdığı bir halda, bu ölkənin müvəqqəti prezidenti- Aleksandr Turçinov həmin məntəqələrin sakinlərinə belə xəbərdarlıq edib: Bu məntəqələrin istiqlaliyyətlərinin elan olunması iqtisadiyyatın, sosial proqramların və xalqın əksər hissəsinin ümumi yaşayışının tamamilə dağılması ilə nəticələnəcək. Qərblilər də bundan qabaq dəfələrlə şərq məntəqələrində referendumun keçirilməsi ilə müxalifət edərək, onu qanunsuz elan etmişdilər.
Rusiyanın prezidenti- Vladimir Putin ukraynalı etirazçılardan istəmişdi ki, referendumu təxirə salsınlar, lakin onlar bu xahişlə müxalifət ediblər.