Ukraynanın şərqində Lugansk vilayətinin etirazçıları müstəqillik elan ediblər.
Müxbirimizin Rusiya Əl-Yom kanalından verdiyi məlumata görə bu etirazçılar Lugansk şəhərində Ukraynanın Milli Təhlükəsizlik Təşkilatı binasını nəzarətə keçirərək elan ediblər: Tam hakimiyyət haqqına malik olan ölkə təşkil edirlər.
Logansk etirazçıları gələn ayın 11-də referendum keçirəcəklərini elan ediblər.
Loganskın yerli şurası elan edib Ukrayna qüvvələrinin hücumuna məruz qaldıqları təqdirdə Rusiyadan yardım istəyəcək.
Ukrayna müxalifləri Kastiyan Tinyuka şəhərinin bələdiyyə binasını işğal edərək bu şəhəri nəzarətə alıblar. Fransa xəbər agentliyi məlumat verib: Ukrayna keçid hökumətinin müxalifləri tam silahlı olaraq Donetskin 70 kilometrliyində başqa bir şəhəri işğal ediblər. Bu şəhərin 80 min nəfər əhalisi var.
Hazırda Donetsk respublikası bayrağı Kastiyan Tinyuka şəhərində qaldırılmışdır.