Əfqanıstan prezidenti bu ölkənin təhlükəsizlik təşkilatının gizli surətdə MKİ-dən pul aldığını təsdiqləyibdir.
Hamed Kərzay deyib ki, onun milli təhlükəsizlik komandası ötən 10 il ərzində Amerika Mərkəzi Kəşfiyyat Agentliyindən gizli məbləğlər alıbdır.
Bu pulların Əfqanıstan dövlətinə gizli şəkildə ödənilməsi barədə məlumat elə bir halda yayılıbdır ki, Ağ Ev-in sözçüsü Cey Karni bu haqda izahat verməkdən çəkinib və MKİ də indiyədək ona reaksiya verməyibdir.