İRAN-140 təyyarəsinin tam uçuşunun ilk bənzədilmiş variantı ölkənin müdafiə nazirinin iştirakı ilə istifadəyə verilib.
Generalj-mayor pasdar Əhməd Vəhidi bazar ertəsi günü bu modern hava variantının istifadəyə verilməsi mərasimində bildirib ki, bu uçuş maketində aviasiya, kompüter proqramı və detalları texnologiyaları məcmusu işlədilib. O, qeyd edib ki, həmin maketdə uçuş maketlərinin düzəldilməsi üzrə son beynəlxalq standartlar tətbiq edilib.
Generalj-mayor Vəhidi bu maketin özünəməxsus və tam hərəkət platformasına işarə edərək, əlavə edib: Təyyarənin bütün platformalarının oxşar maketinin yaradılması, uçuş şəraiti, pilotlara bütün su və hava şəraitləri və bütün saatlarda böhranlı şərait ilə üzləşmək sahəsində təlimin verilməsi həmin maketin ən mühüm özəlliklərindəndir.
Generalj-mayor Vəhidinin sözlərinə görə, bundan öncəyədək uçuş maketlərinin düzəldilməsi texnologiyası Amerika və Avropa ölkələrinin inhisarında idi və bu texnologiyanın yerliləşdirilməsi ilə İran dünyanın aviamaketlər istehsalçıları klubuna daxil oldu.