Dövlət Dillər Universitetinin rektoru, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun ofşor zonada qeydiyyatdan keçmiş şirkəti aşkarlanıb. Şirkətin adı “DorTexResurs” şirkətidir. Bu barədə “Yeni Müsavat”a məlumatlı mənbələrdən məlumat daxil olub.
Hazırda şirkətin təsisçisi Səməd Seyidovla baş direktor Azər Muradov arasında ciddi fikir ayrılığı yaranıb. Buna səbəb gəlirlərin bölüşdürülməsinin tərəfləri qane etməməsidir.
Səməd Seyidovun “DorTexResurs” offşor zonada şirkətinin baş ofisi Moskvada yerləşir, Park İNN otelində isə Bakı ofisi fəaliyyət göstərir; Dövriyyəsi on milyonlarla ölçülən şirkət əsasən elektron biznes əməliyyatlarının, valyuta bazarında nağdsız əməliyyatların təşkili ilə məşğul olur.