DünyaXƏBƏRLƏR

Qərzavi kimi şəxslər müsəlmanların azması və dinin fəsadına səbəb olur

Nəcəf Əşrəf Dini Elmlər Hövzəsinin müəllimi Ayətullah Seyid Mahmud Bəhrulülum Mirdamadi vəhhabi alimlərinin fitvasına əsasən müxtəlif ölkələrdə şiələrin kütləvi şəkildə qırğın olunmasına toxunaraq deyib: Qərzavi kimi şəxslər dinin fəsadı və müsəlmanların azmasına səbəb olur.

Nəcəf Əşrəf Dini Elmlər Hövzəsinin müəllimi söyləyib: Əməlləri, danışığı və yolu diqqət mərkəzində durmalı olan şəxslərdən biri Qərzavidir ki, bir çox açıq-aşkar yayınmalara və ziddiyyətlərə malikdir. Tarixdə rəftarı və danışıqları din və islam ümmətinə uyğun olmayan cənab Qərzavi kimi nümunələrimiz olmuşdur. Əgər bu şəxslərin işini dəqiq araşdırarsaq, müstəbid və müstəmləkəçilərin dövründə olmasının şahidi oluruq. Yəni alim din və elm libasındadır, lakin əcnəbi və islamla müxalif məsələlər ardıncadır.

Ayətullah Bəhrulülum müsəlmanlar, istər şiə istərsə də sünnilərin belə alimlərə aldanmamasını qeyd edərək müstəbidlik, imperializm və islam dünyasında təfriqə amili olanların ardınca getməməliyik.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu