İsveçrənin Cenevrə şəhərində ötən gündən başlayan İran və Altılıq Qrupuna üzv ölkələrin ekspertləri səviyyəsində keçirilən müzakirələr davam etməkdədir.
Dünən ( 19 dekabr ) bu müzakirələrin birinci günü İran , ABŞ , Fransa , Rusiya , Çin , Almaniya və İngiltərə nümayəndə heyətlərinin iştirakı ilə Cenevrədə interkontinental otelində keçirilmişdi.
Cenevrə danışıqlarının şənbə və bazar günü də davam edəcəyi ehtimal olunur.
Bu danışıqlarda , Cenevrə razılaşmasının icra mexanizmləri mübahisə edilməlidir.
İran xarici işlər nazirliyinin siyasi və beynəlxalq məsələlər üzrə baş müdiri Həmid Bəidinejad bu müzakirələrdə İranın nümayəndə heyətinə başçılıq edir və bu görüşdə bank blokadaları və neft sanksiyaları üzrə ekspertlər iştirak edirlər.
Altılıq qrupuna üzv ölkələrin ekspertlər heyətinə isə Avropa Birliyi xarici siyasət idarəsinin Koordinatoru Katrin Aştonun köməkçisi ” Stephan Klment ” başçılıq edir.
İranın nüvə heyətinin müzakirəçi heyətinin üzvü , Seyid Abbas İraqçi da danışıqların bu turu ilə bağlı bəyan edib : İran qarşı tərəfin hər bir yerdə öz öhdəliklərinə sadiq qalmadığını hiss etdiyi təqdirdə Cenevrə razılaşmasının ilk mərhələsinin icrasını dayandıracaq. Xüsusilə də razılaşmanın ilk mərhələsində İranın nüvə proqramının strukturunda heç bir dəyişiklik edilməyəcək.