AsyaDünyaİranXƏBƏRLƏR

Vəlayəti: İran nüvə enerjidən tərəfdarıdır

İran İslam inqilabı rəhbərinin beynəlxalq işlər məsləhətçisi Əli Əkbər Vəlayəti , İran İslam Respublikasının nüvə texnologiyadan yalnız enerji və sülh məqsədli faydalanmağı hədəflədiyini ifadə edərək İranın nüvə silahına qarşı olduğunu və bunu bu zamana qədər bir çox dəfə dilə gətirdiyi kimi İranın nüvə işlərinin beynəlxalq atom enerjisi təşkilatının nəzarətində açıq və şəffaf olduğunu söylədi.

Vəlayəti , dünən Tehranda Beynəlxalq Atom Enerjisi Təşkilatı köhnə müdiri Hans Bliks’le etdiyi görüşdə , İranın nüvə elmdən yalnız enerji məqsədli faydalandığını , eyni zamanda radio dərmanların istehsalı üçün istifadə etdiyini söylədi.

Haqqında danışılan görüşdə Hans Bilks də , dünyanın ümumi olaraq nüvə silahlara qarşı olduğu bir dövrdə güclü dövlətlərin silahlanmalarını tənqid edərək , nüvə enerjidən faydalanmanın bütün millətlərin haqqı olduğunu söylədi.

Orta şərq bölgəsinin hər cür nüvə və kütləvi qırğın silahlarından təmizlənilməsi lazım olduğunu və bu istiqamətdə dünyaya nümunə olması xahişini dilə gətirən Bliks , Ukrayna məsələsinə də təmasla , Avropalıların problemin siyasi yolla həllindən yana olduğunu amma Atlas okeanının digər tərəfindən Amerikanın problemin daha da böyüməsinə səbəb olucu cəhdlərdə olduğunu söylədi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu