Venesuela xarici işlər naziri ABŞ-a xəbərdarlıq edib ki, son prezident seçkilərinə görə, bu ölkəyə qarşı istənilən cəza xarakterli hərəkəti tətbiq etmək kəskin və qarşılıqlı reaksiya ilə üzləşəcək.
İlyas Xoa televiziya müsahibəsində bildirib ki, əgər Amerika Venesuela prezident seçkilərinə görə, iqtisadi və yaxud istənilən digər cəzanı bu ölkəyə qarşı tətbiq edərsə, Karakas da Vaşinqtona qarşı lazımi iqtisadi, siyasi və ticarət hərəkətlərini nəzərdə tutacaq.