DünyaXƏBƏRLƏR

Venesuela çaxnaşmalarında 8 nəfər həlak olub

Venesuelanın baş prokuroru bu ölkədəki son çaxnaşmalarda səkkiz nəfərin həlak olmasından xəbər verib.

Almaniya xəbər agentliyinin məlumatına görə, Venesuelanın baş prokuroru- Luiza Orteqa cümə günü deyib ki, bu ölkə dövlətinə qarşı son etirazlar azı səkkiz nəfərin ölməsi, yüz otuz dörd nəfərin də yaralanmasına səbəb olub.
Dörd nəfər Karakasda, iki nəfər Venesuelanın mərkəzində yerləşən Karabobo məntəqəsində, bir nəfər bu ölkənin qərbindəki Lara məntəqəsində, bir nəfər də həmin ölkənin şərqində yerləşən Sukre məntəqəsində öldürülüb.
Orteqa deyib ki, bu etirazlarda ümumi və dövlət əmlaklarına da zərər dəyibdir.
Venesuelanın dövlət rəsmiləri etirazçıları dövlətə qarşı çevrilişə səy göstərməkdə ittiham ediblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu