DünyaFələstinXƏBƏRLƏR

Sionistlər İordan Çayının Qərb Sahilinə basqın ediblər

Sionist rejim hərbçiləri İordan Çayının Qərb Sahilinin müxtəlif bölgələrini hücuma məruz ediblər.
Sionist əsgərlər fələstinlilərə qarşı hücumda onların üstünə gözyaşardıcı qazlardan istifadə ediblər.
Zəhərli qazlardan istifadə bir neçə fələstinlinin zəhərlənməsinə eləcədə bir neçə nəfərin də tənəffüs organında ciddi problem yaradıb.
Əl-Risalə Net ” internet saytının yazdığına görə, Sionist rejim hərbçiləri bu gün ( 22 aprel ) bir neçə hərbi patrolun himayəsi ilə İordan Çayının Qərb Sahilində Əl-Xəlil universitetinin ətrafındakı binalara basqın ediblər. Fələstinli tələbələr sionist qüvvələrin bu təcavüzü qarşısında müqavimət göstəriblər.
Daxil olan məlumata əsasən, sionist əsgərlərin fələstinli tələbələrin üstünə gözyaşardıcı qazlardan istifadə etməsi, qarşıdurmanın daha da şiddətlənməsinə səbəb olub.
Qarşıdurma zamanı polis tələbələrdən bir neçə nəfərini həbs edib.
Sionistlər eləcə də fələstinli vətəndaşların mənzillərinin içərisinə də gözyaşardıcı qazlar atıblar. Hətta fələstinlilərdən birinin mənzilini yandırıblar.
Bu əsnada , Sionist rejim hərbçiləri bu gün səhər çağı ( 22 aprel ) Əl-Xəlil şəhərinin şimalında ” Beyt Əmr ” qəsəbəsində iki gənc fələstinlini oğurlayıb və özləri ilə naməlum yerə aparıblar.
Sionist rejim qüvvələri hər gün İordan çayının müxtəlif bölgələrinə basqın və fələstinlilərdən bir neçə nəfərini həbs edir və onları işgəncə edirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu