FələstinXƏBƏRLƏR

Sionist hərbçilər Qəzzə zolağını hədəfə almağı davam etdirirlər

Sionist rejim hərbçiləri Qəzzə zolağı sakinlərini hədəfə almağı davam etdirirlər.

Qəzzə zolağının şimal sərhədində yerləşən sionist rejim hərbçiləri bu gün fələstinliləri atəşə tutublar ki, on altı yaşlı bir fələstinlinin yaralanması ilə nəticələnib.
Fələstin xalqının seçdiyi dövlətin Səhiyyə Nazirliyinin sözçüsü- Əşrəf Əl-Qədrə bildirib ki, sionist hərbçilər Qəzzə zolağı sərhədlərində yerləşiblər və hər bir fələstinlini atəşə tuturlar. Onlar bu gün səhər Qəzzənin şimalında yerləşən Beyt-Lahiya şəhərində Məhəmməd Əl-Şənbarini yaralayıblar və o, müalicə üçün xəstəxanaya köçürülüb.
Qəzzə zolağı ilə 1948-ci ildə işğal olunmuş ərazilərin sərhədində yerləşmiş sionist rejim hərbçiləri atəş açmaqla fələstinlilərin sərhədlərə yaxınlaşmalarına mane olurlar.
Qəzzə zolağında Fələstin xalqının seçdiyi dövlət bildirib ki, fələstinli əkinçilər sionist hərbçilərin atəşləri üzündən öz əkin sahələrində fəaliyyət göstərə bilmir və öz gəlir mənbələrini itirirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu