DünyaXƏBƏRLƏR

QH Nelson Mandelanın ölümü ilə əlaqədar bəyanat qəbul edib

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi, BMT-nin BA-da QH-in Cənubi Afrikanın keçmiş məhrum prezidenti Nelson Mandellanın ölümü ilə bağlı qəbul edilən bəyanatını oxuyub.

İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai ötən gün (cümə axşamı günü 20 dekabr) BMT-nin Baş Assambleyasında irqçıliklə mübarizəinin mifi və Cənubi Afrikanın keçmiş prezidenti Nelson Mandellanın ölümünə həsr edilmiş tədbirdə çıxış edərək, deyib: QH-nin koordinasiya işləri üzrə ofisi Aparteydlə mübarizə simvolu olan Nelson Mandellanın cümə axşamı günü (5 dekabr) ölümündən öz dərin hüznünü bildirir.
İRİB-nin verdiyi məlumata əsasən, Xəzai bildirib: QH özünü bəşəriyyətə xidmətə həsr edən və müharibə və repressiyaya zidd olan ədalət simvolu olan Nelson Mandellaya hörmət bəsləyir.
İran İslam Respublikasının BMT-dəki nümayəndəsi təkidlə bildirib: Mandella Afrika üçün azadlıq və birlik qəhrəmanı olduğu halda, beynəlxalq səviyyədə də özünəməxsus yer almışdır və o dünyanın hər bir yerində yaşayan xalqların yaşayışına dərin təsirləruraxmışdır.
Xəzai bildirib: Nelson Mandellanın şəxsiyyəti, Cənubi Afrika və Afrika qitəsi sərhədləri çərçivəsindən daha geniş milli və beynəlxalq səviyyədə yeni bir mədəniyyətin yaradılmasına yardım edir.
İran İslam Respublikasının BMT-dəki nümayəndəsi həmçinin deyib: Son 50 ildə Nelson Mandella ilə QH arasında özəl əlaqə mövcud olub və QH aktiv şəkildə fəaliyyətini başlayarkən onun anti-aparteyd və müstəmləkəçiliyə qarşı siyasətinə dəstək vermişdir.
İranın BMT-dəki nümayəndəsi həmçinin təkid edib ki, Nelson Mandella Cənubi Afrika və Afrika qitəsi tarixinin ayrılmaz hissəsi olaraq qalacaq və onun mirasi dünyanın bütün nəsilləri üçün ümid və qüvvət sayılacaqdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu