Cənubi Kaliforniya Universitetinin iranlı tədqiqatçısı üçmiqayslı beton bir çap maşını düzəldibdir ki, bir gün ərzində tam bir ev düzəltmək imkanı verir.
Professor Behrox Xoşnevis tərəfindən inkişaf etdrilmiş çapxana texnologiyası «Contour Crafting» adlanır ki, bir evin tikilməsi xərcini nəzərəçarpacaq dərəcədə azaldır.
Bu sistemdəki üçmiqyaslı beton çap maşını computer vasitəsilə idarə olunan beton çəlləklərə bağlanmış şaqullar və iki rels üzərində olan robatik bazulara şamil olur.
İnsan qüvvəsinin bu nəhəng robotlarla əvəz edilməsi ilə inşa xərcləri azalır. Bu metoddan təbii fəlakətlər zamanı zərər çəkmiş məntəqələrdə sürətlə yaşayış binalarının tikilməsində istifadə etmək olar.
Mars planetində və ya ay üzərində kosmik stansiyaların düzəldilməsi imkanı «Contour Crafting»in digər texniki istifadələri kimi qeyd olunur.
