DünyaXƏBƏRLƏR

MAQATE-nin başlıca informasiya mənbəyi ABŞ və müttəfiqləridir

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 2 rəsmisi bildiriblər ki, bu agentlik İranın nüvə işi ilə bağlı informasiyaların 80%-in ABŞ və onun müttəfiqlərindən əldə edir.

MAQATE rəsmiləri Asoşeyted Press xəbər agentliyi ilə müsahibədə ifşa ediblər ki, bu beynəlxalq qurum İranın nüvə işi ilə bağlı informasiya əldə etmək üçün ABŞ, İsrail, İngiltərə, Fransa və Almaniyaya istinad edir. Halbuki, onlar İranın nüvə proqramı ilə düşmən olan tərəflərdirlər.

Tehran dəfələrlə MAQATE-dən istəyib ki, ABŞ və müttəfiqlərinin təsiri altında düşməkdən çəkinsin. İran xəbərdarlıq edib ki, nüvə işi ilə bağlı qərəzli hesabatların yayılması MAQATE-nin imici və etibarına zərbə vurmuş olacaq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu