İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi deyib: Raketlər heç vaxt Yaxın Şərq üçün sülh müraciəti daşımayıblar və BMT-nin Suriyadakı araşdırmalarını təkmilləşdirməsinə icazə vermək lazımdır.
Məhəmməd Xəzayi Nyu-York Tayms qəzeti ilə müsahibədə deyib: İran Suriyaya hərbi müdaxilə ilə müxalifdir və hərbi seçimi bu ölkədə sülh və demokratiyaya gedən yolda bir mane hesab edir.
M.Xəzayi əlavə edib: İran kimyəvi silahların ən böyük qurbanı olaraq, kimyəvi silahlardan istifadə ilə tamamilə müxalifdir.
Nyu-York Tayms daha sonra yazır: İranın BMT-dəki nümayəndəsi digər ölkələrdən istəyib ki, BMT-nin müfəttişlərinə Suriyadakı araşdırmalarını təkmilləşdirmək icazəsi versinlər.
Bu qəzet daha sonra yazır: M.Xəzayi ABŞ və Fransanın Suriya sahillərinə hücum xarakterli raketlərlə silahlanmış hərbi döyüş gəmiləri göndərməsini tənqid edib.
