İran islam respublikası islami şura məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri deyib: 5+1 qrupu ilə hər hansı razılaşmanın əsasında İranın sülhməramlı nüvə enerjisindən istifadə haqqının qəbul edilməsi dayanacaqdır.
İRİB-nin verdiyi məlumata görə, Fransa senatının üzvlərindən olan Jan İolo Kent və xanım Juel Qlavio Melam İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri ilə görüşüblər.
Görüşdə Əlaəddin Brucerdi İİR-in NPT muahidəsi çərçivəsində və atom enerjisi üzrə beynəlxalq agentliyin nəzarəti altında özünün sülhməramlı nüvə fəaliyyətlərini davam etdirəcəyini vurğulayaraq deyib: İran belə qənaətdədir ki, hətta bir ədəd atom bombası belə dünyanın təhlükəsizlik və sakitliyini ciddi şəkildə hədələyir.
O Qüdsü işğal edən rejimin nüvə cəbbəxanalarının Qərb dövlətlərinin kütləvi qırğın silahları ilə mübarizə sahəsində ikili siyasətlərinin göstəricisi olduğunu bildirib.
Brucerdi deyib: 5+1 qrupu ilə hər hansı razılaşmanın əsasında İranın sülhməramlı nüvə enerjisindən istifadə haqqının qəbul edilməsi dayanacaqdır.
