Bitərəf Dövlətlər Hərəkatı Fələstin Komitəsi Xarici İşlər Nazirləri Tehran iclasının sonunda nəşr məlumatda, İsrailin Qəzzaya istiqamətli hücumlarının dərhal dayandırılmasını istədi.
Bitərəf Dövlətlər Hərəkatı Fələstin Komitəsi Xarici İşlər Nazirləri Bazar ertəsi günü Tehranda təşkil etdiyi iclasın sonunda bir məlumat nəşr etdi.
Məlumatda, sionist İsrailin Qəzza xalqına istiqamətli cinayətləri və mülki binalara hücumları şiddətlə qınandı.
Məlumatda ayrıca, İsrailin Qəzzaya istiqamətli hücumlarının dərhal və qeyd-şərtsiz dayandırılmasına vurğu edildi.
Fələstin Komitəsi Xarici İşlər Nazirləri ayrıca Qəzza xalqına təcili olaraq humanitar yardım çatdırılmasını tələb etdi.