TürkiyəXƏBƏRLƏR

Ankara polisi aksiyaçılara qarşı sərt davranıb

Ankara polisi su şırnaqlarından istifadə edərək etiraz aksiyasını dağıdıb.
Türkiyənin Hürriyyət qəzetinin internet portalının məlumatına görə, sayı təxminən yüz nəfər olan etirazçılar Türkiyədəki son aylardakı etirazlara dəstək istiqamətində Kəndi prospektinə toplaşıblar.
Polis qüvvələri ötən gecə 22:00 radələrində 4 su şırnağı maşınından istifadə edərək etirazçıları dağıdıblar.
Türkiyədəki gərginliklər 3 ay öncə İstanbul şəhərinin Taksim meydanında bir parkı dağıdaraq yerinə ticarət mərkəzinin salınması ilə bağlı Ərdoğan hökumətinin qərarına etiraz olaraq başlandı.
Türkiyə baş nazirinin etirazçıların tələblərinə etinasızlığı, xalqdan üzr istəməməsi, polis və təhlükəsizlik qüvvələrinin sərtlikləri gücləndirmələri və Ərdoğanın hədə xarakterli açıqlamaları bu etiraz odunu daha da alovlandırıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu