İranXƏBƏRLƏR

İranın “Cəmaran 2” esminesi Xəzərdə suya buraxılacaq

“Cəmaran 2” modern esminesi sabah Xəzər dənizində suya buraxılacaq.

İranın Müdafiə Nazirliyinin Müdafiə Təbliğatı Baş İdarəsinin məlumatına görə, sabah Həzrət Zeynəbin (s.ə) səadətli viladəti ilə yanaşı “Cəmaran 2” modern esminesi İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad, Silahlı Qüvvələr baş qərargah rəisi ordu generalı Seyid Həsən Firuzabadi və müdafiə naziri general-mayor Əhməd Vəhidinin iştirakı ilə Xəzər dənizi sularına buraxılacaq.

İranın Müdafiə Nazirliyi Dəniz Sənayesi Təşkilatının mütəxəssisləri tərəfindən dizayn olunan və düzəldilən “Cəmaran 2” esminesi modern təchizatlar və yerli mürəkkəb müdafiə sistemləri ilə təchiz olunmuşdur.

“Cəmaran 2” modern esminesi İranın Müdafiə Nazirliyi dəniz sənayesinin qüdrətinin nişanəsi və Xəzər dənizində sülh və dostluq müraciətinin elçisidir.

“Cəmaran 2” esminesi bu mərhələdə günəş ili 1392-ci ilin ilk altı ayında yekun sınaqları və təkmilləşmə əməliyyatını keçdikdən sonra İran İslam Respublikası ordusunun dəniz qüvvələri gəmilərinə qoşulacaq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu