İranın Nizam – İntizam qüvvəsinin komandanı general leytenant İsmayil Əhmədi Muqəddəm Əlcəzair daxili işlər naziri Təyyib Bəliz ilə görüşdə, müxtəlif cinayətlər, o cümlədən mütəşəkkil cinayətlərlə mübarizədə iki ölkə arasında əməkdaşlıqların genişlənməsi üzərində təkid edib.
İRNA-nın İranın Əlcəzirdəki səfirliyindən verdiyi məlumata əsasən, Əlcəzairdə səfərdə olan general leytenant Əhmədi Muqəddəm ötən axşam səfərinin üçüncü günündə Əlcəzair daxili işlər naziri ilə görüşüb fikir mübadiləsi aparıb.
Tərəflər bu görüşdə təhlükəsizlik və nizam-intizam sahəsində xüsusi ilə də iki ölkə arasında təhlükəsizlik və stabilliyə maneə ola bilən mütəşəkkil cinayətlərlə mübarizədə əməkdaşlıqların aparılması haqda fikir mübadiləsi aparıblar.
Əlcəzair daxili işlər naziri İranla təhülkəsizlik və nizam-intizam məsələləri üzrə əməkdaşlıqların genişləndiriməsini müsbət qarşılayaraq iki ölkə rəsmiləri tərəfindən konsturktiv və proktikal addımların atılmasının vacibliyini vurğulayıb.
İran nizam – intizam qüvvələrinin baş komandanı Əlcəzairə səfərində o ölkənin təhlükəsizlik və polis mərkəzlərinə baxış keçirərək, iki ölkə arasında əməkdaşıq sənədi imzalayıb.
General Əhmədi Muqəddəm ötən bazar ertəsi Əlcəzairə daxil olduqdan sonra ölkənin milli təhlükəsizlik idarəsinin baş müdiri ilə görüşüb, müxtəlif zəminlərdə, o cümlədən terrorizm, narkotik maddələr, qeyri-qanuni imiqrasiya və digər sahələrdə iki ölkənin polis qüvvələri arasında əməkdaşlıqların aparılması haqda fikir mübadiləsi aparıblar.
İran nizam – intizam qüvvələrinin baş komandanını Əlcəzairə səfərində, narkotik maddələrlə mübarizə polisi (FƏTA)-nın komandanı, Polis Akademiyasının rəisi və daha bir neçə yüksək rutbəli komandan müşayiət edir.
