İran İslam Respublikası prezidenti “Alimlər və İslami Oyanış” Beynəlxalq iclasın bağlanış mərasimində deyib: İslamı düzgün dərk etmək müsəlmanların problemləri ilə mübarizənin əsas yoludur.
İslami Oyanışı islam həqiqətinə qayıtmaq adlandıran Mahmud Əhmədinejad deyib: Biz hamımız müsəlmanıq. 1,5 milyard müsəlman üçün İslami Oyanış irəli sürüldüyündə, bu islamın həqiqətinə qayıtmaq mənasındadır.
Beynəlxalq səviyyədə müstəbidlərin də hakim olduğunu bəyan edən cənab Əhmədinjead deyib: Dünyanın 7 milyard əhalisinin əksər hissəsi yoxsulluqda yaşayır. Bir azlıq var-dövlət zirvələrində oturublar və sistematik şəkildə xalqların sərvətini qarət edirlər, xalqların ehtiyatlarına nəzarət etmək üçün müharibə və kütləvi qırğınlar yaradırlar.
“İmperializm, qarətçilik, cinayət və sionistlərin dövrünün sona çatdığına inanıram” –deyən İran prezidenti əlavə edib: İmperialistlər dalana dirəniblər və Asiya, Yaxın Şərq, Afrika və Latın Amerikasında müharibə yaratmaqla problemlərini digər yerlərə sürükləmək istəyirlər. Lakin Allahın köməyi ilə böyük bir oyanış hərəkətdədir və zülmün kökündən məhv olması və ədalətin bərqərar olması üçün ilahi vədin reallaşması yaxındır.