AfrikaXƏBƏRLƏR

Misirdə qanlı toqquşmalar davam edir, 6 nəfər ölüb

Misirin vəzifədən kənarlaşdırılmış prezidenti Məhəmməd Mursinin tərəfdarları ilə müxalifləri arasında Qahirə və Ceyzə vilayətində baş verən toqquşmalarda 6 nəfər həlak olub, onlarla adam yaralanıb.

Qahirənin Nəsr şəhərciyində Mursi tərəfdarlarına edilən hücumda iki nəfər ölüb beş nəfər yaralanıb.

Məlumatda deyilir ki, Ceyzə vilayətində Ənnəhzə meydanına toplaşan Mursi tərəfdarlarından 4 nəfər öldürülüb onlarla adam yaralanıb. Suez vilayətində isə ən azı 85 nəfər yaralanıb.

Yardım mənbələri bildiriblər ki, Mursinin tərəfdarları və müxalifləri bir birinə daş və parçalanan mərmilərdən istifadə edərək toqquşublar və polis toqquşmalara son qoymaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Qahirədə Rabiə Ədviyə meydanına toplaşanlar isə 2011-ci il 25 yanvar inqilabının tələblərinin reallaşacağına qədər öz aksiyalarını davam etdirəcəklərini bildiriblər.

Aksiyaçılar həmçinin Mursi tərəfdarlarına edilən hücumlarda Misirin daxili işlər və müdafiə nazirlərinin məsuliyyət daşıdıqlarını bildiriblər.

Eyni zamanda Misirin müvəqqəti prezidenti Ədli Mənsur televiziyada etdiyi çıxışında, bütün Misirlilər arasında barışığın reallaşması və Yeni bir Misirin təməlini qoymaq üçün yeni dövrün başladılmasını istəyib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu