SuriyaXƏBƏRLƏR

Suriyada kimyəvi silahlardan istifadə; reallıq yoxsa şantaj?

Amerikalı təhlilçi Deyvid Senger CNN telekanalı ilə müsahibədə deyib: İsrailin Suriyada kimyəvi silahlardan istifadə ilə bağlı hesabatlarına inanmaq olmaz.

D.Singer əlavə edib: Suriyaya faktaraşdırıcı qrupun göndərilmədiyi və lazımi analizlərin aparılmadığı zamana kimi bu haqda qəti fikir bildirmək olmaz.
Sionist rejim başçılarının Suriyada kimyəvi silahlardan istifadə ilə bağlı iddialarına rəğmən, ABŞ rəsmiləri bu iddiaların doğruluğuna şübhə ilə yanaşırlar.
Həmçinin, Ağ Evin sözçüsü Ci Karni deyib: ABŞ hökuməti sionistlərin kimyəvi silahlarla bağlı hesabatlarını təsdiq edə bilməz.
Ötən ay Suriya hökuməti silahlı müxalifət birləşmələrini və terrorçuları Hələb şəhərində kimyəvi silahlardan istifadə etməkdə ittiham etmiş və BMT-dən istəmişdi ki, Suriyaya bir təhqiq qrupu göndərsin.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu