AzərbaycanXƏBƏRLƏR

Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti görüşü!

Strasburqda, Avropa Şurasının binasında Azərbaycan Respublikası  və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri  kimi təqdim olunan heyətlər arasında görüş başlayıb.

 

Görüş, Avropa Şurasının Gənclər Mərkəzində, Avropa Şurasının siyasət şöbəsi tərəfindən təşkil olunub.
Görüş, qapalı şəraitdə keçirilir və hələlik mətbuata heç bir açıqlama verilmir.
Azərbaycan nümayəndə heyətinə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva, Qadın İnstitutunun direktoru Səidə Əbdülvahabova, “El” Hərəkatının sədri, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu, Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun (Yəhudi Soros Fondu) Azərbaycan bölməsinin İdarə Heyətinin sabiq sədri İradə Bağırova, Bakı Dövlət Universitetinin müəlliməsi, dosent Niyal Barxalova, Sülh Proqramının layihə direktoru Səbinə Hüseynova, Sülh Proqramının koordinatoru Sona Məstanova və kulturoloq Toğrul Cuvarlı daxildir.
Cari ayda Azərbaycan Respublikası  və Ermənistan prezidentlərinin də görüşləri bir müddət fasilədən sonra bərpa olunub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu