AzərbaycanXƏBƏRLƏR

Zahid Oruc: İsa Qəmbər ölkənin keçmişidir, gələcəyi yox!

“Laçının işğalı məhz İsa Qəmbər parlamentin sədri seçilən günü, yəni 1992-ci il 17 may tarixində həyata keçirilib. Bu tarixi unutmayan insanların İsa Qəmbərə olan münasibəti məlumdur”.

Bu barədə SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc Müsavat başqanı İsa Qəmbərin laçınlılarla görüşü zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Zahid Oruc bildirib : “Bu gün İsa Qəmbərin və onun kimilərinin regionda gedən prosesləri yetərincə dərk etməmələri, ölkənin milli maraqları üçün təhlükə doğurmaları elə bir vəziyyət yaradıb ki, Azərbaycan vətəndaşı gələcəyini onlara bağlamaq istəmir. Hakimiyyətə gələrsə mülkiyyəti yenidən özəlləşdirəcəyini bəyan edən, hakimiyyətin siyasətini tanımayan, beynəlxalq səviyyədə bağlanan neft müqavilələrini yenidən nəzərdən keçirəcəyini söyləyən bir hakimiyyəti kim dəstəkləyər ki? Hesab edirəm ki, İsa Qəmbər ölkənin keçmişidir, gələcəyi yox”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu