İran Milli Nefdaşıma Şirkətinin sərəncamçı müdiri vurğulayıb ki, sanksiyaların olmasına rəğmən, İranın neft sənayesi inkişaf edibdir.
Əli Əkbər Səfai bu gün “İran” qəzeti ilə müsahibədə deyib: Sanksiyaların tətbiq olunmasından öncə İran Milli Nefdaşıma Şirkətinin tutumu on dörd milyon ton idi ki, son il yarım ərzində iki milyon tonluq artımla hazırda bu tutum on altı milyon tona çatıbdır.
İran Milli Nefdaşıma Şirkətinin sərəncamçı müdiri əlavə edib: Sanksiyadan qabaq şirkətin tutumunun başlıca hissəsi beynəlxalq neftdaşıma xidmətləri sahəsində təqdim olunurdu, lakin sanksiyadan sonra öz imkanlarının hamısını daxili neft sənayesinin himayəsinə ayırdı.
Əli Əkbər Səfai sonra belə qeyd edib: Bir neçə il bundan qabaq dünyanın dördüncü iri donanmasına malik olan İran Milli Neftdaşıma Şirkəti hazırda neft məmulatlarının daşınması üzrə on altı milyon tonluq tutumla dünyada ikinci yerdə durur.
