Amerika özünün Avropadakı B-61 tipli 200 atom bombasını 11 milyard dollar xərclə istiqamətləndirilə bilən tam huşlu bombalara çevirəcəkdir.
İtaliyada saxlanılan Amerikanın yetmiş ədəd atom bombası F-35 tipli qırıcıların təchiz edilməsi üçün istifadə ediləcəkdir.
Amerika prezidenti Barak Obamanın nüvə tərki-silahı haqdakı öhdəliklərinə rəğmən Amerikanın Müdafiə Nazirliyi Pentaqon Şimali Atlantika Alyansı NATO-un Avropadakı bazalarında saxlanılan B-61 tipli 200 bombasını yeniləşdirmək üçün 11 milyard dollar ayırıbdır.
Bu miqdarda olan bombadan 50-si İtaliyanın Aviyano , 20-si isə bu ölkənin Gedi məntəqəsində saxlanılır.
Bu bombalar ən yeni nəsil qırıcı-bombardmançılardan olan F-35 tipli qırıcıların üzərində quraşdırıla biləcək. İtaliya da bu qırıcılarla təchiz ediləcək. B-61 bombaları amerikan bombalarıdırlar ki, NATO-un Avropadakı cəbbəxanalarında saxlanılırlar. Bu bombalar Belçika, Hollandiya, Almaniya, Türkiyə və İtaliyada gizli olaraq, saxlanılırlar. Amma İtaliyada hələ bu bombalardan doxsan ədədi, ən yeni təxminlərə isə yetmiş ədədi saxlanılır. əlli ədədi Aviyano məntəqəsində və qırx ya iyirmi ədədi də Berşa vilayətinin Gedi məntəqəsində saxlanılır. Bu bombaların əski atom bombaları olmalarına baxmayaraq, amma kütləvi qırğın silahlarından sayılırlar ki, yetmişinci illərin sonlarında istehsal ediliblər.
