
İranın cənubunda yerləşən Fars ostanında ölkə prezidentinin iştirakı ilə Hafiz istilik elektrik stansiyasının açılış mərasimi olub.
Hafiz istilik elektrik stansiyasının gücü 972 meqavatdır. Bu istilik elektrik stansiyasının istifadəyə verilməsində məqsəd ölkənin mərkəzi vilayətlərində elektrik enerjisinə olan tələbatın təmin edilməsi olub. Bu layihə bu gün prezident Mahmud Əhmədinejadın iştirakı ilə istifadəyə verilib.
Hafiz istilik elektrik stansiyası mavi yanacaqla işləyən və hər birinin gücü 162 meqavat olan 6 blokdan ibarətdir.