AsyaBəhreynDünyaXƏBƏRLƏR

Bəhreynli fəhlələrin işdən çıxarılmasına etiraz olaraq oturaq aksiyası keçirilib

Bəhreynli fəhlələr bu ölkə hökumətinin siyasi fəaliyyətlər bəhanəsi ilə fəhlələri işdən çıxarmaq üzrə qərarına etiraz olaraq oturaq aksiyası keçiriblər.

Bir qrup bəhreynli fəhlə çərşənbə günü ( 22 yanvar ) paytaxt Manamanın cənubunda yerləşən bu ölkənin əmək nazirliyinin binası qarşısında oturaq aksiyası keçirərək , Bəhreynin Dövlət Qurumlarının intiqam xarakterli bir hərəkətdə fəhlələri dinc etiraz aksiyalarında iştirak etmək bəhanəsi ilə işdən çıxardıqlarını elan ediblər.
Bəhreynli fəhlələr , onların həyat vəziyyətlərinin işsizliyə görə son üç ildə daha da gərginləşdiyini bildiriblər.
Ali-Xəlifə rejimi özünün repressiya siyasətlərinin davamında bir çox bəhreynli fəhləni dinc etiraz aksiyalarında iştirak etmək bəhanəsi ilə işdən çıxarır , yadakı onların əmək müqaviləsini naməlum müddətə qədər ləğv edir.
Başqa tərəfdən Bəhreyn vətəndaşları bu ölkənin müxtəlif məntəqələrində dinc etiraz aksiyaları təşkil edərək , Ali-Xəlifə rejimindən özlərinin tapdalanmış hüquqlarının yenidən bərpa edilməsi və Bəhreyn də islahatların həyata keçirilməsini istəyiblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu