İranXƏBƏRLƏR

100-dən artıq ölkə İranın nüvə proqramına dəstək verdi

Qoşulmama Hərəkatına üzv 100-dən artıq ölkə bir daha İranın nüvə proqramını himayə edib.

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndəsi Əli Əsğər Soltaniyə deyib: Qoşulmama Hərəkatına üzv ölkələrin Vyanadakı səfirlərinin iclasında üzv ölkələrin İranın nüvə fəaliyyətlərini himayəsi ilə bağlı bəyanatı araşdırılaraq, təsdiq edildi. Bu barədə azeri.sahartv.ir məlumat verir. Ə.Soltaniyə bu bəyanatın bir həftə müddətinə aparılan fikir mübadilələri nəticəsində

Qoşulmama Hərəkatının işçi qrupu tərəfindən hazırlandığını deyərək, vurğulayıb: Bu bəyanat bir daha İranı himayə məqsədilə qəbul edildi və mən Qoşulmama Hərəkatı adından gələn həftə agentliyin direktorlar şurasında onu qiraət edəcəm.
Ə.Soltaniyə əlavə edib: Bu son dərəcə müsbət bir müraciətdir. 100-dən artıq ölkə Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə NPT protokolu və agentliyin nizamnaməsi çərçivəsində İranın nüvə enerjisindən dinc məqsədlər üçün istifadə haqqını himayə edir və biz də onlara verdikləri dəstək üçün təşəkkür edirik.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu