İranın xarici işəler nazirinin Avropa və Amerika məsələləri üzrə müavini bidirib ki, ikitərəfli münasibətlərin genişləndirimləsi üçün, Tehran – London müzakirələri davam edir.
Qüds qəzetinin bu günkü nömrəsində verilən məlumata əsasən, İran xarici işlər nazirinin Amerika və Avropa məsələləri üzrə müavini Məcid Təxt Rəvançi Quardian qəzetinə verdiyi müsahibədə deyib ki, Lodon ilə müzakirələr düzgün istiqamətdə irəliləyir.
İran xarici işlər nazirinin müavini deyib: London Tehrana çoxlu üzr istəmə borcludur.
Məcid Təxt Rəvançi Quardian qəzetinə verdiyi müsahibədə, ikitərəfli münasibətlərin bərpa edilməsi üzrə atılan addımlara toxunaraq deyib: 2014-cü ilin sonundək anlaşmanın əldə edilməsi mümkündür lakin bu məsələ üçün heç bir zaman qrafikası müəyyənləşməyib.
İranın xarici işlər nazirinin müavini İngiltərənin xarici işlər nazirliyinin siyasi məsələlər üzrə baş idarəsi sədrinin Tehran səfərinə gəldikdə, bu səfərin konstruktiv olduğunu deyərək, bəzi mövzular haqda anlaşmanın əldə edilməsini bildirib.
Əlaqələrin dirçəliş haqqında İranın İngiltərədədəki qeyri-rezident müvəqqəti işlər vəkili “Həsən Həbibullahzadə deyib ki, tərəflər irəliləyişə doğru danışıqların davam etməsi barədə razılıq əldə ediblər.
