Ukraynanın Xarkov məntəqəsinin yerli rəsmiləri bildiriblər ki, istiqlaliyyət əldə etmək üçün, referendum keçirəcəklər.
Press TV-nin verdiyi məlumata əsasən, Ukrayna hökuməti muxaliflərindən olan Yuri Apuxtin ötən gün (bazar 18 may) deyib: Donetsk və Luhansk mətəqələrinndə keçirilən referendumlar kimi keçirilməsi qərara alınan bu referendumun tarixi müəyyənləşməyib.
O həmçinin bildirib ki, Xarkovda yaşayan kütlə, 25 may keçiriləcəyi qərara alınan prezident seçkilərində iştirak etməyəcəklər.
Ukraynanın şərqində yerləşən Dunetsk və Luhansk məntəqələri 12 may tarixində yerli referendumda geniş şəkildə iştirak edərək, öz müstəqilliyini elan etdilər.
Bu iki referendum ötən mart ayında Krım Yarım adasının Ukrayna tərkibindən ayrılıb Rusiyaya qoşulması üzrə keçirilildi. Həmin referendumda iştirakçıların təxminən 97 faizinin səs verməsi nəticəsində Krım Yarımadası Rusiya ilə birləşdirildi.