İranXƏBƏRLƏR

BMT TŞ Suriyaya qarşı hərbi hücumun mənfi nəticələri qarşısında məsuliyyət daşımalıdır

İran İslam Respublikasının Bakıdakı səfiri deyib: Dünyanın təhlükəsizliyini təmin etmək üçün üzərinə öhdəlik götürən ölkələr xüsusilə də BMT-nin Təhlükəsizlik Şurasının üzvləri Suriyaya qarşı hərbi müdaxilə seçiminin mənfi nəticələri qarşısında məsuliyyət daşıdıqlarını bilməlidirlər.

Möhsün Pakayin jurnalistlərə verdiyi müsahibədə bir neçə militarist dövlətin özünü dünya ictimaiyyəti kimi qələmə verməsindən və Təhlükəsizlik Şurasının adından qərar çıxartmalarından təəssüfləndiyini bildirərək, deyib: Suriyaya hərbi müdaxilənin edilməsinə hazırlıqla bağlı gedən söhbətlər dünya ictimaiyyətinin dünyada sülh və sabitliyin bərqərar edilməsi ilə bağlı öhdəliyi və beynəlxalq qanunlar ilə daban-dabana ziddir.
M.Pakayin kütləvi qırğın silahları ilə mübarizə adı altında İraqa edilən hücumu və terrorizmlə mübarizə iddiası ilə Əfqanıstanın işğal edilməsini xatırladaraq, deyib: Militarist dövlətlərin müdaxiləsi ilə İraq və Əfqanıstanın təhlükəsizlik böhranına sürükləndiyi kimi, Suriyaya hərbi hücum da dünyada daha bir məntəqənin müharibə alovları içində yanmasına səbəb olacaq.
İranın Bakıdakı səfiri Suriya böhranının yalnız danışıqlar və xarici müdaxilə olmadan həll ediləsi olduğunu vurğulayaraq, deyib: Dünya ölkələri və beynəlxalq təşkilatlar Suriyaya hərbi müdaxiləyə icazə verməməlidirlər. Qərb ölkələrinin öz keçmiş səhvlərini təkrarlayaraq, dünya sülhünü təhlükə ilə üzləşdirmələrinə icazə verilməməlidir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu