Azərbaycan Milli Məclisinin deputatları İran İslam Respublikasına gəlirlər
Fevralın 18-19-da Tehranda İslam Əməkdaşlığı Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyası keçiriləcək. Milli Məclisin deputatları Cavanşir Paşazadə, Mirkazım Kazımov, Xanhüseyn Kazımlı tədbirdə iştirak etmək üçün bu gün İran İslam Respublikasına gəlirlər.
Sessiyanın gündəliyinə qurumun daimi komitələrinin qətnamələrinin təsdiqi, üzv dövlətlər arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri, sədrliyin Sudandan İran İslam Respublikasına keçməsi və digər məsələlər daxil edilib.
Tədbir çərçivəsində qurumun İcraiyyə komitəsinin iclası, Siyasi və xarici məsələlər, İqtisadi məsələlər, Qadın, ailə məsələləri və insan haqları, Sivilizasiyalararası və dinlərarası dialoq üzrə komitələrinin toplantıları, habelə müsəlman qadın parlamentarilərin konfransı keçiriləcək.
Səfər fevralın 20-də başa çatacaq.
