DünyaXƏBƏRLƏR

Robert Hanter: Obama İran qarşısında xoşməramlılıq nümayiş etdirməlidir

ABŞ-ın NATO-dakı sabiq səfiri İran İslam Respublikasına qarşı sanksiyaların ləğv edilməsini zəruri adlandırıb.

İRNA-nın məlumatına görə, Robert Hanter İranda keçirilən prezident seçkilərinin nəticəsini Ağ Ev üçün gözlənilməz adlandırıb.

R.Hanter seçkilərin beynəlxalq əhəmiyyətinə və sağlam keçirilməsinə işarə edərək, deyib: Obama İranın gələcək prezidenti ilə bağlı xoşməramlılığını nümayiş etdirmək üçün ən azı bəzi sanksiyaları ləğv etməlidir.

ABŞ-ın NATO-dakı sabiq səfiri həmçinin ümidvarlıq edib ki, hökumətin Həsən Ruhaniyə təhvil verilməsi zamanı ABŞ prezidenti İrana müsbət müraciət göndərsin.

R.Hanter İrana qarşı sanksiya siyasətinin mənasız olduğunu vurğulayaraq, prezident seçkilərindən sonra Amerikanın İrana qarşı sanksiyaları daha da ağırlaşdırmasını İran xalqı üçün son dərəcə xoşagəlməz müraciət adladırıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu