On minlərlə Ərəbistan vətəndaşı Ali-Səud rejimi təhlükəsizlik qüvvələrinin atəş açmaları nəticəsində həlak olan 2 ərəbistanlı gəncin dəfn mərasimində iştirak edib.
Press TV-nin məlumatına görə, Ərəbistan vətəndaşları çərşənbə günü Ərəbistanın şərqində Əvamiyyə və Qətif məntəqələrində Ali-Səud rejimi amilləri tərəfindən qətlə yetirilən iki nəfərin dəfn mərasimində geniş şəkildə iştirak ediblər.
Dəfn mərasimi iştirakçıları Ali-Səud rejimini etirazçıları repressiya etməkdə məhkum edib və siyasi məhbusların azadlığı, ictimai ədalətin bərqərar olunması, Ali-Səud ailəsi arasındakı iqtisadi korrupsiya ilə mübarizə, siyasi islahatların aparılması və ayrı-seçkiliyin aradan qaldırılmasını vurğulayıblar.
Etirazçılar həmçinin Ali-Səud ailəsinə qarşı şüarlar səsləndirərək Ərəbistan vətəndaşlarının kütləvi qırğını amillərindən qisasın alınmasını istəyiblər.
Ərəbistan iki il öncədən indiyə qədər əsasən bu ölkənin şərqində dinc xalq etirazlarının şahididir. Etirazçılar ictimai ədalətin bərqərar olunması, ayrı-seçkiliyin aradan qaldırılması və siyasi islahatların aparılmasını istəyirlər. Lakin bu dinc aksiyalar Ali-Səud rejimi təhlükəsizlik qüvvələrinin repressiyası ilə üzləşmişdir.