Suriya prezidentinin tərəfdarlarından olan bir qrup Türkiyə xalqı ilə öz həmrəyliyini bəyan etmək və onların Türkiyə polisi tərəfindən amansız formada yatırdılmasına etiraz etmək məqsədilə Berlində yürüş təşkil edib.
Bu məlumata görə, aksiya iştirakçıları əllərində Türkiyə və Suriya bayraqları habelə, Əsədin fotoşəkillərini daşıyaraq, Ərdoğan hökumətinə qarşı şüarlar səsləndiriblər.
Aksiya iştirakçıları həmçinin, Türkiyə polisinin aksiya iştirakçılarına qarşı yersiz zorakılığını qınayıblar.