İngiltərədə Bəhreyn müxalifləri hərəkatı bildirib ki, iyunun 26-da Beynəlxalq İşgəncə Qurbanlarına Dəstək Günü münasibəti ilə çoxlu fəaliyyətlər göstərmək niyyətindədir.
Bəhreynin əl-Vifaq Cəmiyyətinin internet portalı bəhreynli müxaliflər hərəkatındakı mənbəyə istinadla bildirib: Bu hərəkat Ali-Xəlifə həbsxanalarında iki ildən artıq olan Bəhreyn inqilabçılarının tanınmış şəxsiyyətləri və rəhbərlərinin ailələri, eləcə də hüquq, siyasi fəallar, İngiltərə parlamentinin şəxsiyyətləri və hüquq və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Beynəlxalq İşgəncə Qurbanlarına Dəstək Günü proqramı təşkil etmək niyyətindədir.
Bu mənbənin bildirdiyinə görə, Bəhreynin siyasi məhbuslarının vəziyyəti, onların problemləri, eləcə də Ali-Xəlifə həbsxanalarında bu şəxslərin insani hüquqlarının pozulmasının cəhətlərinin bəyan olunması bu hərəkatın proqramlarına daxildir.
Bu hərəkat 28 iyunda da Bəhreyndə insan haqlarını pozan amillərin mühakimə olunması və cəzalandırılması yollarının araşdırılması üçün danışıq mehvərli toplantı keçirəcək.
29 iyun bu hərəkatın proqramlarının sonuncu günü olacaqdır. Beləliklə Londonda İngiltərə Baş Nazirliyinin binası qarşısında aksiya keçiriləcək, İngiltərənin Bəhreyn rejiminə dəstəyinə son qoyması, eləcə də bu rejimə beynəlxalq öhdəliklərə sadiq qalmaq üçün təzyiq göstərməsinin zəruriliyi vurğulanacaq.
