İran İslam İnqilabının Böyük Rəhbəri Buşehr ostanında baş vermiş acı zəlzələ hadisəsinin ardınca bir bəyanat verərək, zəlzələdən zərərçəkənlərə və onların yaxınlarına Allahdan səbir diləyib.
İnqilab Rəhbəri ofisinin rəsmi saytı bu bəyanatın tam mətnini dərc edib.
Bəyanatın tam mətni belədir:
Bismillahirrəhmanirrəhim!
Buşehr ostanında zəlzələnin baş verməsi və insan tələfatına səbəb olması ilə bağlı acı və kədərli xəbər aldım.
Bu hadisədə həyatını itirənlərə rəhmət, yaralananlara şəfa, onların yaxınlarına isə səbir diləyirəm. Vəli Fəqihin bu ostandakı hörmətli nümayəndəsindən və digər əlaqədar rəsmilərdən istəyirəm ki, zərərçəkənləri xilas etmək və yaralananlara yardım göstərmək sahəsində əllərindən gələni əsirgəməsinlər. Ümidvaram əziz İran xalqı da həmişə olduğu kimi zəlzələdən zərərçəkənlərin ağrı və acılarını azaltmaqda təsirli rol oynasın.
Vəssəlamü-Əleykum və Rəhmətullah
Seyid Əli Xamenei
10 Apr. 2013