Amerika Xarici İşlər Nazirliyinin Fars danışan sözçüsü Alen Air, nüvə məsələnin həlli, İranla dünya arasındakı maneəni ortadan kaldıracağını vurğuladı.
Amerikada yaşayan İranlıların iclasında danışan Spiker Air, Vaşinqton rəhbərliyi İran ilə nüvə razılaşmağa çatarkən insan hüquqları məsələsini də unutmayacağını ifadə etdi.
İran və 5 +1 qrupu arasındakı nüvə müzakirələrə təmas edən Spiker, müzakirələrin müvəffəqiyyətli olması, İranla dünya arasındakı maneəni ortadan kaldıracağını və İrana söykədilən bütün sanksiyaların qaldırılmasına vəsilə olacağını ifadə etdi.
Amerika prezidenti Obamanın İranın inzivası bütün tərəflərin zərərinə olacağı ilə əlaqədar sözlərinə toxunan Spiker, diplomatiya ilə ortaq görüşə qovuşmanın mümkün olduğunu vurğuladı.