Bəhreynin təhlükəsizlik qüvvələri bir daha bu ölkənin Sitrə şəhərində aksiyaçılarla toqquşub və bu şəhərdə və Bəhreynin digər məntəqələrində etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.
Press TV-nin məlumatına görə, çərşənbə günü gecə bəhreynlilər bu ölkənin daxili işlər nazirliyinin gənc etirazçılardan birinin cəsədini verməkdən çəkinməsinə etiraz olaraq, aksiya keçiriblər. Həmin gənc etirazçı üç həftə bundan qabaq Ali-Xəlfiə rejiminin təhlükəsizlik qüvvələrinin atəşləri nəticəsində aldığı yaradan vəfat edibdir.
Bəhreyn iki min on birinci ildən və Afrikanın şimalı və Yaxın Şərqdəki ərəb ölkələrində baş verən xalq qiyamları ilə bir zamanda Ali-Xəlfiə rejiminin siyasi, məzhəbi, etnik azadlıqların pozulması və sərvət və qüdrətin əldə olunmasındakı inhisarçılığı və repressiv hərəkətlərinə qarşı aksiyalar səhnəsidir.
