AzərbaycanXƏBƏRLƏR

Novruz Məmmədov: İranla bağlı məqalə iki ölkə əlaqələrinə zərbə vurmaq məqsədi daşıyır

Azərbaycan Respublikası Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov İranla bağlı Olaylar qəzetində dərc olunmuş məqaləni fitnə xarakterli adlandıraraq, bu işdə məqsədin İran ilə Azərbaycan arasındakı dostluq münasibətlərinə zərbə vurmaq olduğunu bildirib.

Məmmədov bu məqalənin Bakının mövqeyini əks etdirmədiyini habelə, İran ilə Azərbaycan münasibətlərinin sürətlə inkişaf edən xətt üzrə hərəkət etdiyini bildirərək, kütləvi informasiya vasitələrində dərc olunan bu kimi məlumatların əsassız olduğunu bildirib.

Azərbaycan Respublikası Prezident Administrasiyasının şöbə müdiri əlavə edib: Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də açıqlama verərək, baş verən hadisə ilə bağlı öz təəssüfünü bəyan edib. İran və Azərbaycan Respublikası münasibətləri siyasi, iqtisadiyyat, mədəniyyət və ictimai sahələrdə inkişaf etməkdədir və bizim xalqlarımız bir çox tarixi, mədəniyyət və din ortaqlıqlarına malikdir.

Xatırladaq ki, aprelin 17-də Olaylar qəzetində dərc olunmuş anti-İran məqalədə İran İslam Respublikası müqəddəsləri haqda hörmətdən kənar ifadələr işlədilib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu