Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələrinin Bəhreyn vətəndaşlarına qarşı növbəti hücumlarında bir qrup Bəhreynli yaralanıb.
Ali-Xəlifə rejiminin qüvvələri Bəhreynin müxtəlif məntəqələrində döyüş güllələri və gözyaşardıcı bombalarla bu ölkə xalqını özlərinin hücum hədəflərinə çevirərək, bir qrup bəhreynlini yaralanıblar.
Bəhreynli aksiyaçılar bu gün aksiyalar keçirib, şüarlar verərək, Bəhreyn xalqının repressiya və qırğınına görə Bəhreyn diktatoru Həməd Bin İsa Ali-Xəlifə və bu ölkə rejiminin digər başçılarının beynəlxalq məhkəmələrdə mühakimə edilmələrini istəyiblər.
Bəhreynli aksiya iştirakçıları işğalçı Ali-Səud qüvvələrinin dərhal Bəhreyni tərk etmələrini də tələb ediblər.
Bəhreynin Setrə məntəqəsində isə Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri ilə aksiyaçılar arasında toqquşmalar baş verib. Həmçinin Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri Bəhreynin bəzi məntəqələrini mühasirə edərək, xalqın aksiya keçirmək üçün küçələrə və prospektlərə daxil olmasının qarşısını alıblar.
Dünən şənbə günü də Bəhreynin təhlükəsizlik qüvvələri Ali-Xəlifə rejimi əleyhinə dinc aksiyalarda iştirak etmələrinə görə bir qrup aksiyaçını həbs etdilər.
Bəhreyndə Ali-Xəlifə rejimi əleyhinə xalq qiyamı 2011-ci ilin fevral ayında başlanıb və bu ölkə xalqı Ali-Xəlifə rejiminin repressiya siyasətlərini davam etdirməsinə rəğmən hələ də özlərinin qanuni istəklərinə, bu ölkədə sosial ədalətin icra edilməsinə və xalq tərəfindən seçilmiş bir hökumətin hakimiyyətə gəlməsinə təkid edirlər.