AsyaBəhreynDünyaXƏBƏRLƏR

Bəhreyndə Ali-Xəlifə rejiminə qarşı aksiya

Bəhreyn vətəndaşları bu ölkənin müxtəlif bölgələrində aksiyalar keçirərək ciddi müzakirələrin aparılması və seçilmiş hökumətin təşkil olunmasını vurğulayıblar.

Bəhreynli etirazçılar cümə günü keçirilən aksiyada Ali-Xəlifə rejimindən istəyiblər ki, seçilmiş hökumət təşkil etsin və ciddi danışıqlara başlasın.
Bəhreynli aksiyaçılar həmçinin siyasi məhbuslar, o cümlədən məşhur ruhanilərin azad olunmasını tələb ediblər.
Bu arada Bəhreyn paytaxtı Manamanın qərbində Sənabəs məntəqəsinin əhalisi aksiya keçirərək beynəlxalq məhkəmələrdə anti-bəşəri cinayətlərin amillərinin mühakimə olunmasını tələb edib.
Həmçinin əl-Diraz məntəqəsinin sakinləri Ali-Xəlifə rejiminin devrilməsini tələb ediblər.
Ali-Xəlifə rejimi qüvvələri aksiyanın genişlənməsini qarşısını almaq üçün etirazçılara hücum ediblər və gözyaşardıcı qazlardan istifadə edərək aksiyanı yatırmağa çalışıblar.
Ali-Xəlifə rejimi qüvvələrinin hücumunda onlarla bəhreynli yaralanıb və bir qrup da həbs olunub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu