Bəhreyn-nin müxtəlif məntəqələrində sərt təhlükəsizlik tədbirlərinin keçirilməsinə rəğmən ölkə vətəndaşları anti-hökumət aksiyaları keçiriblər.
Bəhreyn vətəndaşları ötən gün (cümə 6 senytabr) ölkənin müxtəlif şəhərlərində geniş və kəskin təhlükəsizlik tədbirlərin keçirilməsinə baxmayaraq, Ali Xəlifə hökuməöti əleyhinə aksiyalar keçirərək bu rejimin devirlməsi üçün müxtəlif şüarlar səsləndiriblər.
Bəhreyn vətəndaşları ötən gün bir şəraitdə aksiya keçiriblər ki, Bəhreyn təhülkəsizlik qüvvələri zirehli maşınlarla Manama şəhərinin müxtəlif giriş məntəqələrində yerləşərək polis vertolyotları nümayişçilərin üzərində uçmaqla məşğul olublar.
Eyni zamanda Bəhreyn Milli Vifaq Cəmiyyətinin İnsan Haqları Mərkəzi məlumat yayaraq bildirib, Ali Xəlifə təhülkəsizlik qüvvələri 2013-cü il avqust ayından idniyədək 203 nəfəri həbs edib 482 yaşayış binasında qarşı da hücum aparıblar.
Bəhreyn 2011-ci il fevral ayından bəri vətəndaşların haqlı hüquqları o cümlədən azadlıq, ədalət və xalqı tərəfindən seçilmiş hökumətin işə gəlməsi kimi tələbatların yerinə yetirilməsi üçün müxtəlif dincyanaşı aksiyaların şahidi olub və təhlükəsizlik qüvvələri Ərəbistan işğal qüvvələrinin əməkdaşlığı ilə bəhreynli aksiyaçıları repressiyaya məruz qoyurlar.
