Mübariz ruhani Hacı Abgül Süleymanov 13 saylı cəza çəkmə müəssisəsinə köçürülüb
Mübariz ruhani Hacı Abgül Süleymanov bu gün səhər saatlarında Bakı İstintaq Təcridxanasından köçürülüb.
Mübariz ruhani Abgül Süleymanov məhkəmə ilə bağlı gətirildiyi Bakı İstintaq Təcridxanasından (Kürdəxanı) 13 saylı cəza çəkmə müəssisəsinə köçürülüb.
Vəkil Cavad Cavadov İslamazeri.az-a bildirib ki, yaxın günlərdə Hacı Abgül Süleymanovla 13 saylı cəza çəkmə müəssisəsində görüşəcək.
Abgül Süleymanov ilk dəfə 13 saylı CÇM-ə bölünərkən “zon”un rəisi onu əvvəl gündən karsa salmış və “zon”a daxil olmasına icazə verməmişdi. Sonradan ona qarşı yalançı ittihamlar əsasında Qobustan qapalı həbsxanasına köçürülməsi üçün Qaradağ məhkəməsi qərar çxıarmışdı.
Ruhaninin müdafiə tərəfi isə, apellyasiya şikayəti verilmiş və bu müddət ərzində Hacı Abgül Süleymanov Kürdəxanı təcridxanasında saxlanmışdı.
Məhkəmə qərarı qüvvədə saxlamasına baxmayaraq məhkəmə prosesinin uzanması “6 ay qapalı rejim” qərarını avtomatik qüvvədən salmışdı.
Qeyd edək ki, 13 saylı cəza çəkmə müəssisəsi Qaradağ rayonunun Puta qəsəbəsində yerləşir və Bakının ən pis cəzaçəkmə müəssisələrindən hesab olunur.