AzərbaycanİranXƏBƏRLƏR

“Şərqi Azərbaycanda Binab nüvə obyekti 5 qonşu ostana xidmət dairəsinə alacaq”

İran İslam Respublikası prezidentinin müavini və İran Atom Enerjisi Təşkilatının sədri Firudin Abbasi ölkənin şimal-qərbində Binabda İşlək Şüarlar Tədqiqat müəssisəsində Qamma Daşıyıcıları Şüalanma ilk sisteminin açılış mərasiminin kənarında jurnalistlərə deyib: Kərəc nüvə obyekti işlək şüaların mərkəzi qütbü olaraq seçilib və onun ardıca lazımi imkan və təchizatlara malik Binab obyekti də ölkənin şimal-qərb şöbəsi kimi müəyyənləşib və qonşu 5 vilayəti öz xidmət dairəsinə salır.

Abbasi bildirib ki, Binab tədqiqat obyektinin əsas vəzifəsi nüvə nailiyyətlərini əhalinin həyatına daxil etməkdir.

İranın Atom Enerjisi Təşkilatının sədri bu təşkilatın Binab Tədqiqat obyekti üçün gələcək proqramlarını açıqlayarkən deyib: Təşkilat laboratoriyalarda nüvə fəaliyyətlərinin üsulu və məkanını dəyişməyi genişləndirməklə, kənd təsərrüfatının inkişafına diqqət yetirmək və Binabda nüvə kənd təsərrüfatının fəaliyyət göstərməsində qətiyyətlidir.

“Məhsulun artması, kənd təsərrüfatı gəlirinin yaxşılaşması və şoranlıq, quruluq və soyuqluq qarşısında məhsulların müqavimətində bu yeni sənayenin faydalarının hiss olunması ilə kənd təsərrüfatçıları bu layihəni daha çox müsbət qarşılayarlar” –deyə Abbasi ümidvarlıq edib.

Sözlərinin davamında ölkənin nüvə yanacağı maddələrinin istehsalı sahəsində çatdığını və hətta xüsusi xidmətləri ixrac etmək potensialına malik olduğunu bəyan edən Abbasi xatırladıb: Hazırda radio-dərman məhsulların istehsalatını genişləndirməkdəyik və bu sahədə ölkə daxili xəstəxanaların ehtiyaclarını təmin etməkdən əlavə, qonşu və Yaxın Şərq ölkələrinə ixrac edirik

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu